ADA Universitetində Tələbə Klublarının ilk sərgisi keçirilib (FOTO)

Oktyabrın 15-i ADA Universitetində fəaliyyət göstərən tələbə klublarının ilk sərgisi keçirilib. Sərgidə hər bir klub xüsusi stendlə təmsil edilərək öz fəaliyyətini əks etdirən broşür və digər məlumatlandırıcı materiallar sərgiləyib.

Təhsil, Ekologiya, idman və digər istiqamətlər üzrə fəaliyyət göstərən klubların üzvləri burada təhsil alanların tələbə həyatını daha faəl keçirmələri üçün dərsdənkənar tədbirlər təşkil edirlər. Həmin tədbirlər sırasında xeyriyyə kampaniyalarını, idman və intellektual yarışları qeyd etmək mümkündür.

ADA Universitetində tələbərin dinamik həyat tərzinə mailk olduğunu bildirən Universitetin icraçı prorektoru Fariz İsmayılzadə bildirib ki, tələbələr burada keyfiyyətli təhsil almaqla yanaşı, eyni zamanda, sosial cəhətdən fəal vətəndaş kimi yetişirlər.

“Ötən il bu tədbiri pandemiya səbəbindən onlayn formatda keçirsək də, bu il ADA-nın yaşıl kampusunda klublarımızı bir araya gətirə bildik”, – deyə prorektor İsmayılzadə əlavə edib.


Qeyd edək ki, ADA Universiteti yerli ali təhsil qurumları arasında tələbə klublarının sayına görə ilk sıradadır. Sözügedən klublarda yerli tələbələrlə yanaşı, xarici tələbələr də uğurla təmsil edilirlər.

Sərginin sonunda müsabiqə təşkil edilib və öz fəaliyyəti ilə seçilən klub “Ayın klubu” mükafatı ilə təltif olunub.

Teqlər: