Teplovozla yük maşını toqquşdu: ölən var – Foto

Teplovozla yük maşını toqquşdu: ölən var – Foto

Neftçalada teplovoz ilə yük maşını toqquşub, ölən var və xəsarət alan var.

AzerTimes Report-a istinadən xəbər verir ki, hadisə rayonun Qazaxbərəsi kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, tənzimlənməyən dəmir yolunda teplovoz yük maşını ilə toqquşub. Qəza nəticəsində İmişli rayon sakini, 1995-ci il təvəllüdlü Vüsal Rüstəm oğlu Fəxrəddinov hadisə yerində ölüb. Salyan rayon sakini, 1969-cu il təvəllüdlü İbad İnqilab oğlu İbadov isə xəsarət alıb.

Xəsarət alan Neftçala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Teqlər: