Rus ordusu “rüsvayçılıq siyahısı”na daxil edildi

Rus ordusu “rüsvayçılıq siyahısı”na daxil edildi

BMT-nin Baş katibi Antonio Quterreş Rusiya ordusunu “rüsvayçılıq siyahısı”na daxil edib və 2022-ci ildə Ukraynada 136 uşağın ölümünə görə Rusiyanın məsuliyyət daşıdığını bildirib.

AzerTimes xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.

“Gələn həftə bununla bağlı hazırlanan sənəd BMT Təhlükəsizlik Şurasının üzvlərinə göndəriləcək. Hesabatda öldürülən və şikəst olan uşaqlar, eləcə də Rusiya ordusunun məktəblərə və xəstəxanalara etdiyi hücumlardan şoka düşən azyaşlılar barədə məlumat var”, – məlumatda bildirilib.

Qeyd edək ki, BTM-nin məlumatına görə, 2022-ci ildə Ukraynada 477 uşaq öldürülüb. 136 uşaq ölümündə Rusiya ordusunun iştirakı sübut edilib, daha 80 uşaq isə Ukrayna Silahlı Qüvvələrinin hərəkətləri nəticəsində həlak olub.

Teqlər: