Telefonda iki fərqli “WhatsApp”ı necə işlətmək olar?

“Samsung” cihazlarında “dual messenger” tətbiqlərini iki fərqli
hesabda istifadə etmək üçün faydalı bir funksiya təqdim edir.
Söhbət Android ilə (əməliyyat sistemi) mümkün olan bir cihazda
ətbiqi klonlayaraq istifadə etməyimizdən gedir.

“Dual messengeri” necə aktiv edə bilərik?

Samsung cihazında iki “WhatsApp” “Facebook” “Telegram”
“Messenger” “Snapchat” istifadə etmək üçün ilk olaraq
“parametrlər” bölməsinə, açılan menyudan isə
qabaqcıl funksiyalar” seçiminə daxil oluruq. Ən
aşağı hissədə “dual messenger” bölməsi yerləşib.
Həmin bölməyə daxil olub klonlamaq istədiyimiz tətbiqin yanındakı
işarəni sağa sürüşdürürük.

Bu prosesi etdikdən sonra cihazın ekranında klonlanmış tətbiq
yaranır. Daha sonra həmin tətbiqə daxil olub istədiyimiz ikinci
hesabı həmin tətbiqdə işə salırıq. Bu üsuldan istifadə etməklə bir
cihazda ikinci fərqli “WhatsApp”, “Facebook”, “Telegram”,
“Messenger”, “Snapchat” hesabı istifadə edə bilərik.

Teqlər: