Tələbə gənclər arasında badminton yarışı keçirilib (FOTO)

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi,
Azərbaycan Badminton Federasiyasının dəstəyi və Azərbaycan Tələbə
Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı ilə “FunniFy”
proqramı çərçivəsində 28 May – Müstəqillik Gününə həsr olunmuş
tələbələr arasında badminton yarışı keçirilib.

Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi və Vətən
müharibəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş
şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi
ilə başlayan tədbir “FunniFy” proqramının meneceri Eldar Qurbanov
tərəfindən açıq elan edilib.

Azərbaycan Badminton Federasiyasının baş katibi Ramil Hacıyev,
Gənclər və İdman Nazirliyinin əməkdaşı Şahmar Tağıyev və İttifaqın
sədri Pərviz Mirələmli açılış nitqləri ilə çıxış edərək cənab
prezident İlham Əliyevin idmana və gənclər siyasətinə göstərdiyi
xüsusi diqqəti nəzərə alaraq hazırkı proqramın əhəmiyyətindən və
tələbələr arasında həyata keçirilən əyləncə və idman oyunlarınının
təşkilinin vacibliyi haqqında fikirlərini bölüşüblər. Yarışın
açılış mərasimi tələbələr tərəfindən müxtəlif musiqi nömrələrinin
səsləndirilməsi və kompozisiyaların göstərilməsi ilə
yekunlaşıb.

Daha sonra 8 təhsil müəssisəni təmsil edən 16 tələbə arasında
badminton yarışı baş tutub. Nəticəyə əsasən Azərbaycan Dövlət
İqtisad Universitetinin komandası birinci, Azərbaycan Tibb
Universitetinin komandası ikinci, Azərbaycan Dillər Universitetinin
komandası isə üçüncü yerin sahibi olublar. Sonda qalib komandaların
üzvləri mükafatlandırılıb.

Qeyd edək ki, proqram çərçivəsində həyata keçiriləcək layihələr
yaxın illər ərzində bütün Azərbaycan üzrə icra olunacaq.

Teqlər: