Sabah bəzi yerlərdə 27 dərəcə isti olacaq

Mayın 27-nə gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən AzerTimes-a verilən məlumata
görə, Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu
olacaq, əsasən yağmursuz keçəcək. Mülayim cənub küləyi əsəcək.
Havanın temperaturu gecə 13-15° isti, gündüz 19-24° isti olacaq.
Bakıda gecə 13-15° isti, gündüz 22-24° isti olacaq. Atmosfer
təzyiqi normadan yüksək 765 mm civə sütunu təşkil edəcək. Nisbi
rütubət 60-65 % olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz hava olacaq. Lakin
gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış
yağacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq.
Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 10-15° isti,
gündüz 22-27° isti, dağlarda gecə 3-8° isti, gündüz 10-15° isti
olacaq

Teqlər: