Tələb yaranarsa, “TURKOVAC” Azərbaycanda da istehsal edilə bilər – Türkiyə Sağlamlıq Qurumları İdarəsinin rəhbəri (MÜSAHİBƏ)

Xəbər - Elçin Mehdiyev – Trend:

Türkiyənin Səhiyyə Nazirliyi yanında Türkiyə Sağlamlıq
Qurumları İdarəsinin rəhbəri Erhan Akdoğanın “TURKOVAC” vaksinin Azərbaycanda 3-cü faza klinik sınaqları ilə
bağlı AzerTimes-a
müsahibəsi

– Hazırda sınaqlar hansı mərhələdədir?

– Artıq vaksinin Azərbaycanda 3-cü faza klinik sınaqlarına
başlanılıb. 2 doza “Sinovac” vaksini vurduran insanlara 3-cü doza
olaraq “TURKOVAC” vaksini vurulacaq. Bu sınaq keçirildikdən sonra
Azərbaycan hökumətinin icazəsi ilə ölkədə vaksinin geniş tətbiqinə
başlanıla bilər.

Digər vaksinlər kimi “TURKOVAC”-ın da 3 doza vurulması nəzərdə
tutullur. Hazırda Azərbaycana 1200 doza “TURKOVAC” vaksini
gətirtilib. Ancaq gəlcəkdə nə qədər ehtiyac olarsa o qədər də
vaksin Azərbaycana gətiriləcək. Hazırda Türkiyədə 5 milyon doza
yaxın “TURKOVAC” vaksini istehsal edilib. Bir ayda 2 milyon doza
qədər TURKOVAC vaksini istehsal edilir və gələcəkdə bu rəqəm
artacaq. Hazırda “TURKOVAC” yalnız Türkiyədə istehsal olunur.
Türkiyədə vaksinin geniş tətbiqinə artıq başlanılıb.

– Daha hansı ölkələrlə bu peyvəndin istehsalı
planlaşdılır, belə bir təşəbbüs varmı?

– Hazırda bu vaksin yalnız Türkiyədə istehsal olunur. Hələ ki,
başqa ölkədə istehsalla bağlı təşəbbüs yoxdur. Vaksin isehsalı üçün
ona şərait lazımdır, texniki və kadr tələbləri yerinə
yetirilməlidir. Əgər Azərbaycanda bu vaksinin istehsalına tələb
yaranarsa və texniki şərtlər buna imkan verərsə “TURKOVAC” vaksini
Azərbaycanda da istehsal edilə bilər.

Hazırda bu məsələ müzakirə edilmir. Ancaq əgər ehtiyac
yaranarsa, Türkiyə bu istiqamətdə Azərbaycana hər cür dəstək
göstərməyə hazırdır.

– Artıq dünyada bir çox vaksinlər var, bəs demək olarmı
ki, pandemiya artıq bitir

– Hazırda koronavirus ştamlarının insanlara daha az təsir
göstərməklə daha qısa müddətli olduğunu görürük. Tarixə nəzərə
yetirdikdə əvvəlki pandemiyalar dönəmində də belə olub. Viruslar
zəifləyərək aradan qalxıb. İndiki gedişat da ona işarət edir.
Koronavirusun da artıq bir qrip halına döndüyünü görürük. Hazırda
xəstəliyin daha asan keçdiyini görürük. Ancaq buna rəğmən
yaşlılarda, xronik xəstəliyi olan insanlar və xəstəliyi ağır keçirə
biləcək digər insanlarla bağlı diqqətli olmaq lazımdır.

– Sizə bundan sonra nə qədər müddət insanlar vaksindən
istifadə etmək məcburiyyətində olacaq?

– İnsanların bundan sonra nə qədər müddət vaksindən istifadə
edəcəyi barədə hələ bir söz demək çətindir. Pandemiyanın bundan
sonrakı gedişatı onu göstərəcək. Bəlkə pandemiya bir qrip halına
dönəcək. Bəlkə də insanlar necə ki, ildə bir dəfə qripə qarşı
vaksin olurlarsa, bir dəfə də COVİD 19-a qarşı peyvənd olunmaq
istəyəcəklər. Bunları indidən söyləmək çətindir.

– Tez-tez eşdirik ki, bu vaksin daha yaxşıdır, digəri
baş ağrı yaradır və s. “TURKOVAC” -ın yan təsirləri
nələrdir?

– Türkiyədə “TURKOVAC” peyvəndinin klinik sınaqları keçirildi və
bu peyvəndin etibarlı olduğu müəyyən edildi. Hazırda peyvənd olunan
12 min insanı izləyiriq və hər hansı bir yan təsirin
olub-olmadığını qeyd edirik. “TURKOVAC” vaksininin hər hansı bir
ciddi yan təsiri müşahidə edilməyib. Ən çox görülən yan təsiri
qolda ağrı olub ki, o da 24 saatı keçməyib. Nadir hallarda isə çox
aşağı hərarət müşahidə edilib və qısa zamanda aradan qalxıb. Bu
vaksin güvənli olaraq istifadə edilə bilər.

Teqlər: