Gözlərimizi koronavirusdan necə qoruyaq?

Xəbər - Humay Ağacanova – Trend:

Göz ən həssas orqanlardan biridir, çünki maska taxarkən belə
virusa məruz qalır. Ona görə də COVID-19-un gözlərə yoluxmasının
birbaşa qarşısının almaq üçün heç bir vasitə yoxdur.

Trend-in məlumatına görə, bunu Səhiyyə
Nazirliyinin mütəxəssis-eksperti Tural Qəlbinur deyib.

Onun sözlərinə görə, ən mühüm qorunma yolu – maska taxaraq,
virusun keçməsinin qarşısını almaq və peyvənd olunaraq xəstəliyin
daha yüngül keçməsini təmin etməkdir.

“Xüsusilə qapalı məkanlarda virusa məruz qalma və əlləri gözə
apararaq birbaşa çirklənmə riski gözlərin qorunmasını
çətinləşdirir. Virusun yüksək risk altında olduğu yerlərdə eynəkdən
istifadə qoruyucu ola bilər. Dezinfeksiyaedici vasitələrdən
istifadə edərək əllərimizi təmiz saxlamaq son dərəcə vacibdir.
Virusun gözdə olduğu yüngül hallarda qoruyucu antibiotik
damcılarından istifadə etməyi də tövsiyə edilir”, – deyə o əlavə
edib.

Teqlər: