“Teknofest”in Azərbaycanda keçirilməsi gənclərimizin texnologiyaya marağını artıracaq – Nazir

Xəbər - Humay Ağacanova – Trend:

Teknofest dünya texnoloji xəritəsində öz sözünü deyir. Tədbirin ilk dəfə Türkiyə hüdudlarından kənarda Azərbaycanda keçirilməsi Türkiyə-Azərbaycan qardaşlığının, əməkdaşlığının bariz nümunəsidir.

AzerTimes-ın məlumatına görə, bunu Teknofest Aerokosmik və Texnologiya festivalına həsr olunan mətbuat konfransı zamanı rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev deyib.

O qeyd edib ki, Teknofest sayəsində gənclərin texnologiyaya marağı artır və bacarıqları ortaya çıxır.

“44 günlük müharibənin əsas simalarından birinə çevrilən “Bayraktar” gənclərin elmə, texnologiyaya olan kütləvi axınının göstəricisidir. “Teknofest”in Azərbaycanda keçirilməsi gənclərimizin texnologiyaya olan marağına, sevgisinə öz töhfəsini verəcək”, – deyə nazir əlavə edib.

Teqlər: