Ağcabədi sakini elektrik cərəyanı vurması nəticəsində ölüb

Fevralın 6-sı saat 15 radələrində Ağcabədi rayonu, Şənlik kənd sakini 1982-ci il təvəllüdlü Ehtiram Əmirovun elektrik cərəyanı vurması nəticəsində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.

Ağcabədi rayon prokurorluğundan AzerTimes-a verilən məlumata görə, ilkin araşdırmalarla müəyyən edilmişdir ki, Ehtiram Əmirov Şənlik kəndinə gedən yolun kənarında quraşdırılmış transformatorda təmir işləri görərkən elektrik cərəyanı vurması nəticəsində ölmüşdür.


Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Teqlər: