TEKNOFEST-də STEAM müasir təhlis mərkəzinin 6 komandası iştirak edəcək

2022-ci ilin mayında TEKNOFEST Beynəlxalq Aviasiya, Kosmos və Texnologiya
Festivalının bəzi yarışlarında Heydər Əliyev adına Müasir Təhsil
Kompleksinin şagirdləri iştirak edəcək.

Bunu Trend
təhsil kompleksinin STEAM Mərkəzinin rəhbəri Ələsgər Əsədov
deyib.

Onun sözlərinə görə, Təhsil kompleksi “Baku Skills” kateqoriyası
üzrə 4, “Green Tech” kateqoriyası üzrə isə 2 komanda ilə
lahiyələrini təqdim etməyi planlaşdırır.

“GreenTech” üzrə komandalarımız 2 fərqli mövzu üzrə probləmlərə
müasir yanaşma metodlarını seçmişlər. Şagirdlərimizin
lahiyələrindən biri daimi külək əsən nöqtələrdən alternativ enerji
mənbəyi əldə etməkdir. Məktəb dərsləri ilə yanaşı, şagirdlərimiz
Mərkəzə gələrək komanda şəklində müxtəlif iş bölgüləri ilə
lahiyənin prototipini hazırlayırlar. Hazırlıq mərhələsi, demək
olar, hər gün davamlı şəkildə keçirilir. Gördükləri iş nə qədər
çətin və gərgin olsa da, o qədər də əyləncəli və məqsədyönlü
olduğundan şagirdlərimiz ümid edirik ki, yorulmurlar. gFUTURE adı
ilə seçilən komanda lahiyələrinin gələcəkdə,həqiqətən də, işıq üzü
görəcəyinə çox inanırlar”, – deyə o bildirib.

Eyni zamanda, “Baku skills” üzrə də bir neçə komandamız final
mərhələsinə hazırlaşır.

“Öncəki mərhələdə verilən tapşırıq modeli çap etmək idisə, bu
mərhələdə şagirdlərimiz hərəkətli modellər hazırlayıblar. Yəni
prototipin hər hansı hissə və yaxud hissələri müxtəlif üsullarla
hərəkət edir. Məsələn, avtomobil təkəri, protez əl və s.”, –
Ə.Əsədov deyib.

Qeyd edək ki, “Teknofest” mayın 26-29-da Azərbaycanda
keçiriləcək.

Bakıda “Teknofest” Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və
Nəqliyyat Nazirliyi tərəfindən keçirilir. Eyni zamanda Bakıda
“Teknofest” in “prodakşn” ofisi fəaliyyət göstərir. Ofisin tam
heyəti azərbaycanlı mütəxəssislərdən ibarətdir.

Teknofest
tədbiri Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyinin və
“Baykar Makina” şirkətinin texniki direktoru Selçuk Bayraktarın
rəhbərlik etdiyi Türkiye Teknoloji Takımı Vakfının (T3 Vakfı) birgə
təşkilatçılığı və qardaş ölkənin 60-dan çox dövlət qurumu, ali
məktəbi və özəl şirkətinin tərəfdaşlığı ilə 2018-ci ildən etibarən
hər il keçirilir.

Məqsəd Türkiyədə aviasiya, kosmik sənaye, rəqəmsal iqtisadiyyat
kimi sahələrin gənclər arasında təbliği, bu sahələrdə sahibkarlığın
təşviq edilməsi, festival çərçivəsində təşkil olunan yarışlar
vasitəsilə gənc mühəndislərin bilik və bacarıqlarının üzə
çıxarılması, eləcə də milli texnologiyaların geniş ictimaiyyətə
təqdim olunmasıdır.

Trend
İnformasiya Agentliyi, Day.Az, Milli.Az, Azernews, Eastweststream, Today.azTurkic.World “Teknofest 2022” aerokosmik və
texnologiya festivalının rəsmi media tərəfdaşlarıdır.