Ceyhun Bayramov Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndə ilə görüşüb (FOTO)

25 aprel 2022-ci il tarixində xarici işlər naziri Ceyhun
Bayramov Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin
Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə
xüsusi nümayəndəsi İqor Xovayevi qəbul edib.

Xarici İşlər Nazirliyindən AzerTimes-a verilən məlumata görə, görüşdə
tərəflər Azərbaycan və Ermənistan arasında münasibətlərin
normallaşması istiqamətində atılan addımlar üzrə fikir mübadiləsi
aparıblar.

Tərəflər Ermənistan və Azərbaycan arasında gələcək sülh
müqaviləsinin işlənib hazırlanması, bütün kommunikasiya xətlərinin
açılması və sərhədlərin delimitasiyası prosesinin başlanması
sahəsində mövcud olan vəziyyəti müzakirə ediblər.

Azərbaycan tərəfinin bölgədə sülh və təhlükəsizliyin təmin
olunması üçün müvafiq addımları atmağa hazır olduğu vurğulanıb.

Rusiya XİN-in xüsusi nümayəndəsi İqor Xovayev Rusiya
Federasiyasının qeyd edilən bütün istiqamətlər üzrə irəliləyişin
əldə edilməsini dəstəkləməyə hazır olduğunu bir daha qeyd edib.

Görüşdə tərəflər, həmçinin? qarşılıqlı maraq doğuran digər
məsələləri müzakirə ediblər.

Teqlər: