TEKNOFEST-də KOBİA-nın tərkibinə daxil olan müəssisələr iştirak edir – Orxan Məmmədov

TEKNOFEST festivalında Kiçik və Orta Biznesin İnkişafı
Agentliyinin (KOBİA) tərkibinə daxil olan 11 müəssisə iştirak
edir.

Trend-in
məlumatına görə, bunu agentliyin İdarə heyətinin sədri Orxan
Məmmədov deyib.

Onun sözlərinə görə, festivalda startap layihələr əsasən külək
və su enerjisi sahələrində təmsil olunur.

“Müəssisələrimizin TEKNOFEST-də iştirakının əsas məqsədi öz
imkanlarının nümayiş etdirilməsində və potensial investorların cəlb
olunmasındadır. 2021-ci ildə IT sahəsində məşğul olan Azərbaycan
startaplarından biri ABŞ-dan investor cəlb edə bilib. Agentliyimiz
həm beynəlxalq, həm də lokal səviyyədə startap layihələri
reallaşdırır və təşviq edir”, – O.Məmmədov deyib.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: