Ciddə-Bakı aviareysi texniki səbəblərə görə gecikir

“Azərbaycan Hava Yolları” aviaşirkətinin Ciddə şəhərindən Bakıya
yola düşən (J2-1092 reysi) təyyarəsinin uçuş saatı texniki
səbəblərə görə gecikir.

“Azərbaycan Hava Yolları” QSC-dən AzerTimes-a verilən məlumata görə,
sözügedən reysin sərnişinləri Bakıya digər təyyarə ilə yola
düşəcəklər.

Gecikmiş reysin sərnişinləri aviaşirkətin qaydalarına uyğun
olaraq içkilər və qidalanma da daxil olmaqla bütün lazımi
vasitələrlə təmin ediləcək.

Teqlər: