TEKNOFEST çərçivəsində Azərbaycanda səkkiz kateqoriyada yarışlar keçiriləcək (VİDEO)

TEKNOFEST
Beynəlxalq aviasiya, kosmos və texnologiya festivalı çərçivəsində
Azərbaycanda səkkiz kateqoriya üzrə yarışlar keçiriləcək.

Bunu Trend
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Strateji təhlil,
innovasiya və rəqəmsallaşma şöbəsinin baş müşaviri, “TEKNOFEST Azərbaycan”
Təşkilat Komitəsinin üzvü Rüstəm Abdullazadə deyib.

Onun sözlərinə görə, bu yarışlarda məktəblilər, tələbələr,
startap müəllifləri və sahibkarlar iştirak edə bilər.

TEKNOFEST üçün
qeydiyyat 2021-ci il dekabrın 15-də başlayıb və 2022-ci il fevralın
20-dək davam edib. Amma festivala böyük marağın və çoxsaylı
müraciətlərin olması nəzərə alınaraq qeydiyyat prosesi aprelin
sonunadək uzadılıb. Hazırda “Smart Qarabağ Hackaton” və “Baku Open
Cyber Cup” müsabiqələrinə qeydiyyat davam edir. TEKNOFEST Beynəlxalq
aviasiya, kosmos və texnologiya festivalı üçün qeydiyyata alınmış
iştirakçı sayının çoxluğu ölkəmizin gəncləri arasında texnologiya
və innovasiya sahəsinə artan maraqla izah olunur. Eyni zamanda, bu
cür tədbirlərin keçirilməsi Azərbaycanın texnologiya və
innovasiyalar sahəsində ixrac potensialının artmasına xidmət
edəcək”, – R.Abdullazadə deyib.

O xatırladıb ki, sosialyönümlü texnologiyalar, “Agro Tech”,
pilotsuz uçuş aparatları və “yaşıl” texnologiyalar üzrə
müsabiqələrə işlərin qəbulunun birinci mərhələsi başa çatıb.

“Bu yarışlar üzrə komandalar ilk tapşırıqları yerinə yetirib və
hazırda onlar festivalda iştirak üçün zəruri avadanlıq və
vasitələrlə təmin olunur”, – deyə o bildirib.

R.Abdullazadə əlavə edib ki, “Baku Skills” müsabiqəsinin
əlamətdar cəhəti iştirakçıların hər mərhələdə öz işlərini 3D
printerlərdə münsiflərin tapşırığı əsasında icra etmələri
olacaq.

TEKNOFEST
Beynəlxalq aviasiya, kosmos və texnologiya festivalının bütün
iştirakçıları, eləcə də mentorlar pul mükafatları və qiymətli
hədiyyələrlə təltif olunacaqlar”, – o bildirib.

Qeyd edək ki, “Teknofest” mayın 26-29-da Azərbaycanda
keçiriləcək.

Bakıda “Teknofest” Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və
Nəqliyyat Nazirliyi tərəfindən keçirilir. Eyni zamanda Bakıda
Teknofest” in “prodakşn” ofisi fəaliyyət göstərir. Ofisin tam heyəti azərbaycanlı
mütəxəssislərdən ibarətdir.

Teknofest
tədbiri Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyinin və
“Baykar Makina” şirkətinin texniki direktoru Selçuk Bayraktarın
rəhbərlik etdiyi Türkiye Teknoloji Takımı Vakfının (T3 Vakfı) birgə
təşkilatçılığı və qardaş ölkənin 60-dan çox dövlət qurumu, ali
məktəbi və özəl şirkətinin tərəfdaşlığı ilə 2018-ci ildən etibarən
hər il keçirilir.

Məqsəd Türkiyədə aviasiya, kosmik sənaye, rəqəmsal iqtisadiyyat
kimi sahələrin gənclər arasında təbliği, bu sahələrdə sahibkarlığın
təşviq edilməsi, festival çərçivəsində təşkil olunan yarışlar
vasitəsilə gənc mühəndislərin bilik və bacarıqlarının üzə
çıxarılması, eləcə də milli texnologiyaların geniş ictimaiyyətə
təqdim olunmasıdır.

Trend
İnformasiya Agentliyi, Day.Az, Milli.Az, Azernews, Eastweststream, Today.azTurkic.World “Teknofest 2022” aerokosmik və
texnologiya festivalının rəsmi media tərəfdaşlarıdır.