“TEKNOFEST Azərbaycan” festivalında ADNSU-nun 4 layihəsi qalib olub (FOTO)

“TEKNOFEST Azərbaycan” festivalında ADNSU-nun 4 layihəsi qalib
olub.

Belə ki, ADNSU-nun Robotexnika müsabiqəsinin B kateqoriyasında
“MECHANICS” komandası, Aqrar texnologiyalar müsabiqəsinin B
kateqoriyasında isə “BLIZZARDTS” komandası 1-ci yeri tutub. ADNSU
məzunları isə “Yaşıl” texnologiyalar müsabiqəsinin C
kateqoriyasında “Makertronika” komandası 1-ci yer tutub.

Smart Karabakh Hakathon-unda ADNSU-nun “Ümumi və tətbiqi
riyaziyyat” kafedrasının doktorantının iştirak etdiyi
“SafeKarabakh” layihəsi 1-ci yerə layiq görülüb. ADNSU-nun “SABAH”
qruplarında “Elektroenergrtika mühəndisliyi” ixtisasının 4-cü kurs
tələbəsi Eldar Məhərrəmlinin mentor olduğu “Baku Stark” məktəbli
komandası Robotexnika müsabiqəsinin A kateqoriyasında birinci yerə
layiq olub.

Teqlər: