“Netflix” Rusiyada xidmətini dayandırdığını təsdiqləyib

“Netflix” video servisi Rusiya ərazisində xidmətini
dayandırdığını təsdiq edib.

AzerTimes-ın məlumatına görə, bu barədə şirkətin açıqlamasında
deyilir.

Qeyd olunur ki, servisin işinin dayandırılması “Rusiya bazarını
tərk etmə tədbirləri” ilə əlaqədardır.

“Netflix” Rusiyanı martın 6-da tərk etdiyini açıqlasa da,
abunəçilərin son ödəniş dövrünün başa çatmasınadək ölkədə yayımı
davam etdirib.

Mayın 27-də Rusiyada istifadəçilər “Netflix”in işə düşmədiyini
bildiriblər.

Teqlər: