“TEKNOFEST Azərbaycan” festivalına hazırlıq işləri davam edir (VİDEO)

Türkiyə Teknoloji Takımı Vakfı (T3 Vakfı), Azərbaycan
Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Türkiyə
Respublikası Sənaye və Texnologiya Nazirliyinin birgə
təşkilatçılığı ilə bu ilin 26-29 may tarixlərində Bakıda ilk dəfə
olaraq keçiriləcək “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya
Festivalına hazırlıq işləri davam edir.

Görülən işlərlə bağlı məlumat verən “TEKNOFEST Azərbaycan”nın
layihə rəhbəri Mübariz Abdullayev qeyd edib ki, dizaynerlər, layihə
rəhbərləri, texniki mühəndislər, elektriklərdən ibarət olan peşəkar
heyət ilə 6 aya yaxın bir müddətdir ki, hazırlıq işləri gedir.
Hazırlıq çərçivəsində sözügedən heyət tərəfindən festivalın
layihələnməsi, əyləncə proqramlarının həyata keçirilməsi, uçuşlarla
bağlı Türkiyədən gələn komandalarla görüşlər və digər işlər həyata
keçirilir.

Trend “Teknofest“ə hazırlıq işləri ilə bağlı süjeti
təqdim edir:

Qeyd edək ki, “Teknofest” mayın 26-29-da Azərbaycanda
keçiriləcək.

Bakıda “Teknofest” Azərbaycan Respublikası Rəqəmsal
İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən keçirilir. Eyni zamanda
Bakıda “Teknofest” in “prodakşn” ofisi fəaliyyət
göstərir. Ofisin tam heyəti azərbaycanlı mütəxəssislərdən
ibarətdir.

Teknofest” tədbiri Türkiyə Respublikası Sənaye
və Texnologiya Nazirliyinin və “Baykar Makina” şirkətinin texniki
direktoru Selçuk Bayraktarın rəhbərlik etdiyi Türkiye Teknoloji
Takımı Vakfının (T3 Vakfı) birgə təşkilatçılığı və qardaş ölkənin
60-dan çox dövlət qurumu, ali məktəbi və özəl şirkətinin
tərəfdaşlığı ilə 2018-ci ildən etibarən hər il keçirilir.

Məqsəd Türkiyədə aviasiya, kosmik sənaye, rəqəmsal iqtisadiyyat
kimi sahələrin gənclər arasında təbliği, bu sahələrdə sahibkarlığın
təşviq edilməsi, festival çərçivəsində təşkil olunan yarışlar
vasitəsilə gənc mühəndislərin bilik və bacarıqlarının üzə
çıxarılması, eləcə də milli texnologiyaların geniş ictimaiyyətə
təqdim olunmasıdır.

Trend İnformasiya Agentliyi, Day.Az, Milli.Az, Azernews, Eastweststream, Today.azTurkic.World “Teknofest 2022” aerokosmik və
texnologiya festivalının rəsmi media tərəfdaşlarıdır.

Teqlər: