Bakı-Şamaxı-Yevlax avtomobil yolunda sabah hərəkət qismən məhdudlaşdırılacaq

Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 14-cü kilometrində yerüstü
piyada keçidinin üst konstruksiyasının quraşdırılması ilə əlaqədar
24 aprel tarixində saat 05:00-dan 06:00-dək yolun qeyd edilən
hissəsində hərəkət qismən məhdudlaşdırılacaq.

Bu barədə AzerTimes-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi
(AAYDA) məlumat verilib.

“Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, göstərilən
saatlarda sözügedən ərazidə diqqətli olmaları, yol hərəkəti
qaydalarına və yol nişanlarının tələblərinə riayət etmələri xahiş
olunur. Yarana biləcək müvəqqəti narahatlığa görə üzr istəyirik”, –
AAYDA-dan bildirilib.

Teqlər: