“TEKNOFEST Azərbaycan” çərçivəsində keçiriləcək “Take Off Baku” beynəlxalq startap sammitinə qeydiyyat başa çatıb

Şimali və Cənubi Amerika, Afrika, Avropa və Asiya qitəsindən
ümumilikdə 287 startap Bakıda keçiriləcək beynəlxalq tədbirdə
iştirak etmək üçün innovativ layihələrini təqdim ediblər.

Məlumat üçün bildiririk ki, Türkiyə Teknoloji Takımı Vakfı (T3
Vakfı), Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat
Nazirliyi və Türkiyə Respublikası Sənaye və Texnologiya
Nazirliyinin birgə təşkilatçılığı ilə bu ilin 26 – 28 may
tarixlərində Bakıda ilk dəfə olaraq keçiriləcək “TEKNOFEST
Azərbaycan” Aerokosmik və Texnologiya Festivalına hazırlıq
çərçivəsində “Take Off Baku” beynəlxalq startap sammitinin
qeydiyyat prosesi yekunlaşıb.

Qeyd edək ki, ümumilikdə 32 ölkədən 287 startap beynəlxalq
tədbirdə iştirak etmək üçün qeydiyyatdan keçib, onlardan 101-i
Azərbaycan təmsilçisidir.

İnnovativ layihələrin kateqoriyalarına gəlincə, təhsil sahəsində
43, “Fintech” üzrə 26, səhiyyə üzrə 30, “Ağıllı şəhər” üzrə 20,
nəqliyyat və logistika üzrə 20, infrastruktur və təhlükəsizlik üzrə
11, əyləncə üzrə 14, sosial sahə üzrə 28, “Media&Ads” üzrə 6 və
digər sahələr üzrə 89 təklif təqdim edilib.

Təqdim edilmiş layihələrin 14-ü ideya, 76-sı prototip (məhsulun
ilkin nümunəsi), 126-sı MVP (alıcılar tərəfindən alınan və alıcı
rəylərinə əsasən təkmilləşdirilə bilən məhsul) və 71-i böyük
sərmayələrin cəlb edilməsi mərhələsindədir.

Müsabiqənin şərtlərinə əsasən MVP-yə malik olan startaplar
növbəti mərhələdə iştirak etmək hüququ qazanacaq. Ən azı 35-i yerli
startap olmaqla tədbir iştirakçılarının sayı 50 komanda ilə
məhdudlaşdırılacaq.

İlkin təsnifatlandırmadan uğurla keçən startaplar tədbirin rəsmi
açılış mərasiminə kimi 1 aylıq peşəkar mentorluq dəstəyi ilə təmin
olunacaqlar. Sammit çərçivəsində yerli və beynəlxalq tərəfdaşlardan
ibarət münsiflər heyəti 50 startap arasından yarım final və final
mərhələsinin qaliblərini seçəcəklər.

Qeyd edək ki, sammitdə startaplara təqdimatla çıxış etmək, B2B
formatda görüşlər keçirmək, sərgi və panel müzakirələrdə iştirak
etmək imkanları yaradılacaq.

Yeni innovativ layihə və həll yolları təklif edən startapların
mükafatlandırılması mərasimi 28 may tarixində baş tutacaq.

Əlavə məlumat əldə etmək üçün:

+ 994 012 310 14 00 /+ 994 050 251 40 28

[email protected]

teknofest.az

Qeyd edək ki, “Teknofest” mayın 26-29-da Azərbaycanda
keçiriləcək.

Bakıda “Teknofest” Azərbaycan Respublikası Rəqəmsal
İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən keçirilir. Eyni zamanda
Bakıda “Teknofest” in “prodakşn” ofisi fəaliyyət
göstərir. Ofisin tam heyəti azərbaycanlı mütəxəssislərdən
ibarətdir.

Teknofest” tədbiri Türkiyə Respublikası Sənaye
və Texnologiya Nazirliyinin və “Baykar Makina” şirkətinin texniki
direktoru Selçuk Bayraktarın rəhbərlik etdiyi Türkiye Teknoloji
Takımı Vakfının (T3 Vakfı) birgə təşkilatçılığı və qardaş ölkənin
60-dan çox dövlət qurumu, ali məktəbi və özəl şirkətinin
tərəfdaşlığı ilə 2018-ci ildən etibarən hər il keçirilir.

Məqsəd Türkiyədə aviasiya, kosmik sənaye, rəqəmsal iqtisadiyyat
kimi sahələrin gənclər arasında təbliği, bu sahələrdə sahibkarlığın
təşviq edilməsi, festival çərçivəsində təşkil olunan yarışlar
vasitəsilə gənc mühəndislərin bilik və bacarıqlarının üzə
çıxarılması, eləcə də milli texnologiyaların geniş ictimaiyyətə
təqdim olunmasıdır.

Trend İnformasiya Agentliyi, Day.Az, Milli.Az, Azernews, Eastweststream, Today.azTurkic.World “Teknofest 2022” aerokosmik və
texnologiya festivalının rəsmi media tərəfdaşlarıdır.

Teqlər: