Kür çayının səviyyəsi artıb, ancaq istədiyimiz səviyyədə deyil – Nazir

Mart ayında Azərbaycanda baş verən yağış və qar yağıntıları
çaylarda suyun artmasına səbəb olub.

Bunu AzerTimes-a
açıqlamasında ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev
deyib.

O bildirib ki, mart ayında Azərbaycanda həm yağış, həm qar
yağıntıları baş verdi.

“Təxminən mart ayının 9-dan 25-56 tarixlərinə qədər yağıntılar
oldu. Əlbəttə, bu, çaylarda suyun artmasına təsir göstərdi və Kür
çayının səviyyəsi nisbətən artdı. Ancaq istədiyimiz səviyyədə
deyil.

Biz yenə də suyun düzgün və qənatələ istifadəsinin tərəfdarıyıq
və bunun üçün çox ciddi çalışmalıyıq”, – deyə o əlavə edib.

Teqlər: