“ABAD” məhsulları “Amazon” və “eBay”da satışa çıxarılıb

“ABAD” publik hüquqi şəxs və Azexport.az portalının birgə
əməkdaşlığı çərçivəsində Azərbaycanın dekorativ-tətbiqi xalq
sənətkarlığı nümunələri “Amazon” və “eBay” elektron ticarət
platformalarında beynəlxalq alıcılara təqdim olunub.

Bu barədə AzerTimes-a İqtisadi İslahatların Təhlili və Kommunikasiya
Mərkəzindən bildirilib.

Layihənin başlıca məqsədi “ABAD” üzvləri olan fərdi şəxslər
tərəfindən ərsəyə gətirilən məhsulların ixrac potensialının
artırılması, həmçinin, Azərbaycanın xalq sənətkarlığı nümünələrinin
beynəlxalq rəqəmsal mühitdə təbliğinə əlavə dəstək
göstərməkdir.

Hazırda “Amazon” və “eBay” platformalarında satışlar əsasən
“B2C” və “C2C” seqmentlər arasında həyata keçirildiyindən çəki,
qabarit və növü beynəlxalq poçt daşıma tələblərinə cavab verən
məhsullar portallara inteqrasiya olunub. Nümayiş etdirilən məhsul
sayının və çeşidinin mərhələli şəkildə artırılması nəzərdə
tutulub.

Qeyd edək ki, “ABAD” publik hüquqi şəxs ölkədə mikro, kiçik və
orta sahibkarlığın inkişafı məqsədi ilə fəaliyyət göstərir.
“ABAD”ın dəstək proqramına biznes-planlaşdırma, marketinq,
təlimlər, brendinq və dizayn, maliyyə-mühasibat, hüquqi yardım,
satışın təşkili və s. kimi xidmətlər daxildir.

Teqlər: