“TEKNOFEST Azərbaycan” çərçivəsində keçiriləcək “Smart Qarabağ” Hakatonuna qeydiyyat başa çatdı

Qarabağın dirçəliş proqramına töhfə vermək istəyən 188 proqramçı
və texnologiya həvəskarı “Ağıllı şəhər” konsepsiyası üzrə təşkil
olunacaq yarışmaya müraciət ünvanlayıb.

Məlumat üçün bildiririk ki, Türkiyə Teknoloji Takımı Vakfı (T3
Vakfı), Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat
Nazirliyi və Türkiyə Respublikası Sənaye və Texnologiya
Nazirliyinin birgə təşkilatçılığı ilə bu ilin 26-29 may
tarixlərində Bakıda ilk dəfə olaraq keçiriləcək “TEKNOFEST
Azərbaycan” Aerokosmik və Texnologiya Festivalına hazırlıq
çərçivəsində “Smart Qarabağ” Hakatonuna qeydiyyat yekunlaşıb.

Azərbaycandan, ümumilikdə 131 nəfər beynəlxalq tədbirdə iştirak
etmək üçün qeydiyyatdan keçib. Bununla yanaşı, “Smart Qarabağ”
Hakatonunda iştirakla bağlı Türkiyə Respublikasından 57 müraciət
daxil olub.

Münsiflər heyəti daxil olmuş 188 müraciəti tədbirin şərtləri
çərçivəsində qiymətləndirərək növbəti mərhələyə keçid alan
iştirakçıları təyin edəcəklər.

Qeyd edək ki, “Əşyaların interneti”, “Süni zəka”, “Maşın
öyrənilməsi”, “Bulud” və digər aparıcı texnologiyaları özündə
cəmləşdirən “Ağıllı şəhər” konsepsiyası üzrə keçiriləcək “Smart
Qarabağ” Hakatonu təhsil, nəqliyyat, kənd və ev təsərrüfatı, enerji
və su sərfiyyatı, ətraf mühit və təhlükəsizlik sahələrini əhatə
edir.

Əlavə məlumat əldə etmək üçün:

+ 994 050 251 40 28


[email protected]

teknofest.az

Qeyd edək ki, “Teknofest” mayın 26-29-da Azərbaycanda
keçiriləcək.

Bakıda “Teknofest” Azərbaycan Respublikası Rəqəmsal
İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən keçirilir. Eyni zamanda
Bakıda “Teknofest” in “prodakşn” ofisi fəaliyyət
göstərir. Ofisin tam heyəti azərbaycanlı mütəxəssislərdən
ibarətdir.

Teknofest” tədbiri Türkiyə Respublikası Sənaye
və Texnologiya Nazirliyinin və “Baykar Makina” şirkətinin texniki
direktoru Selçuk Bayraktarın rəhbərlik etdiyi Türkiye Teknoloji
Takımı Vakfının (T3 Vakfı) birgə təşkilatçılığı və qardaş ölkənin
60-dan çox dövlət qurumu, ali məktəbi və özəl şirkətinin
tərəfdaşlığı ilə 2018-ci ildən etibarən hər il keçirilir.

Məqsəd Türkiyədə aviasiya, kosmik sənaye, rəqəmsal iqtisadiyyat
kimi sahələrin gənclər arasında təbliği, bu sahələrdə sahibkarlığın
təşviq edilməsi, festival çərçivəsində təşkil olunan yarışlar
vasitəsilə gənc mühəndislərin bilik və bacarıqlarının üzə
çıxarılması, eləcə də milli texnologiyaların geniş ictimaiyyətə
təqdim olunmasıdır.

Trend İnformasiya Agentliyi, Day.Az, Milli.Az, Azernews, Eastweststream, Today.azTurkic.World “Teknofest 2022” aerokosmik və
texnologiya festivalının rəsmi media tərəfdaşlarıdır.

Teqlər: