Mart ayında Azərbaycan hava limanları 350 minə yaxın sərnişinə xidmət göstərib

2022-ci ilin mart ayında Azərbaycanın beynəlxalq hava
limanlarının xidmətlərindən 350 minə yaxın insan istifadə etmişdir.
Bu, bir il əvvəl eyni dövrlə müqayisədə təxminən iki dəfə
çoxdur.

Ümumilikdə ilin əvvəlindən bütün aeroportlarda sərnişin axını
886 min nəfər təşkil edib. Onların əksəriyyəti Heydər Əliyev
Beynəlxalq Aeroportu vasitəsilə gələn və gedən sərnişinlərdir –
onların payı 79%-dir.

“Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat Xidmətindən
Trend
-ə verilən məlumata görə, İlin əvvəlindən Bakı hava
limanının baza aviadaşıyıcıları – AZAL və “Buta Airways” 279 min və
86 min sərnişinə xidmət göstərib ki, bu da müvafiq olaraq xidmət
göstərilən sərnişinlərin ümumi payının 40%-ni və 12%-ni təşkil
edir.

2022-ci ilin mart ayında 25 xarici aviaşirkət Bakı hava limanına
müntəzəm uçuşlar həyata keçirib.

Mart ayında Bakıdan ən populyar 10 istiqamətlər sırasına
İstanbul, Dubay, Moskva, Tbilisi, Ankara, İzmir, Аbu-Dabi,
Frankfurt, Küveyt və Doha daxildir.

Heydər Əliyev Beynəlxalq Aeroportu (IATA: GYD) sərnişin və yük
daşımalarının həcmi, uçuş-enmə əməliyyatları, aerovağzal
kompleksinin sahəsi və yük kompleksinin tutumu baxımından
Azərbaycanın və regionun ən böyük hava limanıdır.

2021-ci ildə Heydər Əliyev Beynəlxalq Aeroportu “Skytrax”
beynəlxalq hava nəqliyyatı reytinq agentliyi tərəfindən COVID-19
pandemiyası dövründə epidemioloji təhlükəsizlik üzrə ən yüksək “5
ulduzlu” reytinqə layiq görülmüşdür.

Bu, sərnişinlərini və əməkdaşlarını koronavirus infeksiyasının
yayılmasından qorumaq üçün Heydər Əliyev Beynəlxalq Aeroportunda
tətbiq olunan COVID-19 tədbirlərinin səmərəliliyinin ən yüksək
qiymətləndirilməsidir.

Teqlər: