Təkcə qanunlar deyil, həm də media qurumları əlverişli media mühitinin təminatçılarıdır – Əhməd İsmayılov

Azərbaycan Media haqqında qanunun qəbul edilməsinin ilkin
məqsədi informasiya səviyyəsinin arıtırlması, medianın fəaliyyətini
inkişaf etdirmək və stimullaşdırmaqdır.

Bunu jurnalistlərə açıqlamasında Medianin İnkişafı Agentliyinin
(MEDİA) icraçı direktoru Əhməd İsmayılov deyib.

O qeyd edib ki, təkcə qanunlar deyil həm də media qurumları
əlverişli media mühitinin təminatçılarıdır.

“İfadə azadlığının həyat keçirilməsində medianın, kütləvi
informasiya vasitələrinin istər ümumən medianın, istərsə də kiçik
kütləvi informasiya vasitələrinin media qanun və qaydalarının
əsasında keçirilir”, – deyə o əlavə edib.

Dünyada informasiya və media azadlığını, müəlliflik hüquqlarını,
ictimai maraqları qorumaq üçün qurumlar mövcuddur. Azərbaycanda
Media haqqında qanunun qəbul edilməsinin əsas məqsədləri
informasiya səviyyəsinin arıtırlması, medianın fəaliyyətini inkişaf
etdirmək və stimullaşdırmaqdır”, – deyə Ə.İsmayılov qeyd edib.

Teqlər: