Təhsil Nazirliyinin tabeliyində Təhsilin İnkişafı Fondu İdarə
Heyətinə sədr təyin edilib.
Trend-in məlumatına görə bununla bağlı təhsil naziri Emin
Əmrullayev müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Təhsil nazirinin müşaviri Elnur Nəsibov Azərbaycan
Respublikası Təhsil Nazirliyinin tabeliyində Təhsilin İnkişafı
Fondu İdarə Heyətinin sədri təyin edilib.
Qeyd edək ki, ölkə prezidenti İlham Əliyev 2021-ci il iyulun
14-də “Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində
Təhsilin İnkişafı Fondunun yaradılması haqqında” Fərman
imzalayıb.