Təhsil Nazirliyində pozuntular aşkarlanıb

Ötən il Təhsil Nazirliyində dövlət ehtiyaclarının həcminin tam
qiymətləndirilməməsi, mövcud imkanların nəzərə alınmaması və
malların xüsusiyyətlərinin dəqiq müəyyənləşdirilməməsi alınmış
malların bəzi hallarda istifadəsiz saxlanılmasına səbəb olmaqla
səmərəsiz və artıq xərclərə gətirib çıxarıb.

AzerTimes-ın məlumatına görə, bu barədə “Hesablama Palatasının
2021-ci ildə fəaliyyəti haqqında” hesabatında qeyd edilib.

Hesabatda bildirilib ki, dövlət satınalmalarının keçirilməsi
zamanı podratçılarla bağlı müəyyən edilən tələblər bəzi hallarda
rəqabətliliyin təmin edilməsinə təsir göstərib, dövlət
ehtiyaclarının ödənilməsi üçün müvafiq podratçının düzgün
müəyyənləşdirilməməsi və satınalma müqavilələrinin icrasına nəzarət
tam təmin olunmayıb.

Malların (işlərin və xidmətlərin) satınalınması zamanı tələbatın
tam olaraq araşdırılmaması, eyni zamanda müqavilə şərtlərinə, o
cümlədən icra müddətlərinə riayət edilməməsi son nəticədə
müqavalilələrin büdcə ili ərzində tam icra olunmaması və
vəsaitlərin qabaqcadan ödəniş edilməklə və ya akkreditiv hesablara
köçürməklə istifadəsiz saxlanılmasına səbəb olub.

Teqlər: