Təhsil Nazirliyi Müstəqillik Günü ilə əlaqədar dərs günlərini açıqlayıb

28 May – Müstəqillik Günü ilə əlaqədar olaraq, beşgünlük iş
rejimində çalışan məktəbəqədər və ümumi təhsil müəssisələrində
mayın 27-si həftənin son iş (dərs) günüdür. Bayramdan sonrakı ilk
iş (dərs) günü mayın 31-dir.

Təhsil Nazirliyindən AzerTimes-a
verilən məlumata görə, altıgünlük iş rejimində fəaliyyət göstərən
məktəbəqədər və ümumi təhsil müəssisələrində də mayın 27-si
həftənin son iş (dərs) günüdür. Bayramdan sonrakı ilk iş (dərs)
günü isə mayın 30-u müəyyən olunub.

Teqlər: