MÜSİAD Azərbaycanla Tokat – Zilə Ticarət və Sənaye Palatası kənd təsərrüfatı potensialını, birgə layihələri müzakirə edib (FOTO)

MÜSİAD Azərbaycanla Tokat – Zilə Ticarət və Sənaye Palatası kənd
təsərrüfatı potensialının qiymətləndirilməsi və birgə layihələri
müzakirə edib.

AzerTimes-ın məlumatına görə, görüş MÜSİAD Azərbaycan rəhbəri Rəşad
Cabirli, Tokat – Zilə Ticarət və Sənaye Palatasının İdarə Heyətinin
sədri Necati Bice və hər iki qurumun idarə heyətlərinin üzvləri
arasında keçirilib.

Görüş zamanı tərəflər arasında qarşılıq faəliyyət və əməkdaşlıq
məsələləri ilə bağlı məsləhətləşmələr aparılıb.

Həmçinin, Tokat – Zilə Ticarət və Sənaye Palatasının İdarə
Heyətinə Azərbaycanda investisiya imkanları, dəstək və təşviqlər
barədə məlumat verilib.

MÜSİAD Azərbaycan strategiyasına uyğun olaraq, biznesin inkişafı
və yeni əməkdaşlıqların yaradılması sahəsində sektorlar üzrə iş
adamları ilə görüşlərlə bağlı ortaq məxrəcə gəlinib.

Teqlər: