Təhsil müəssisələrində çalışanların 80 faizə qədəri vaksinasiyadan keçib – Nazir

Xəbər - Elçin Mehdiyev – Trend:

Azərbaycanda təhsil müəssisələrində çalışanların 80 faizə qədəri vaksinasiyadan keçib.

AzerTimes-ın məlumatına görə, bunu təhsil naziri Emin Əmrullayev bu gün keçirilən brifinqdə deyib.

Nazir bildirib ki, ölkədə vaksinasiya olunanların sayı artmaqdadır və bu sayın artması ümumi vəziyyətə müsbət təsir edir.

Qeyd edək ki, yeni qərara əsasən 22 sentyabr tarixindən etibarən I-IV siniflər, 29 sentyabr tarixindən isə V-IX siniflər əyani təhsilə başlayacaq. Ali təhsil müəssisələri, kolleclər və digər təhsil müəssisələri də sentyabrın 29-dan açılacaq.


Teqlər: