Koronavirusa gündəlik yoluxanların təxminən 10 faizi müəllim və şagirdlərdir – Emin Əmrullayev

Xəbər - Elçin Mehdiyev – Trend:

Azərbaycanda koronavirusa yoluxanların təxminən 10 faizə qədərini şagirdlər və müəllimlər təşkil edir.

AzerTimes-ın məlumatına görə, bunu təhsil naziri Emin Əmrullayev bu gün keçirilən brifinqdə deyib.

Nazir bildirib ki, hazırda ölkədə virusa gündəlik yoluxanların sayı 3 min civarındadır və bu rəqəmi nəzərə aldıqda yoluxan şagird və müəllimlərin sayı 300-ə qədər təşkil edir.


Teqlər: