Tehranda etiraz aksiyaları davam edir

Tehranda etiraz aksiyaları davam edir

Dekabrın 15-i gecə saatlarında Tehran və başqa bir neçə şəhərdə rejimə qarşı etiraz aksiyaları keçirilib.

AzerTimes xəbər verir ki, Tehran şəhərinin Çitgər, Səttarxan, Moniriyyə və Ekbatan bölgələrində başlayan aksiyalarda Əli Xamenei və Tehran rejiminə qarşı şüarlar səsləndirilib.

“Ölüm olsun qatil Xameneiyə”, “Uşaq qatili hökuməti istəmirik”, “Yoxsulluq, korrupsiya, bahalıq” və başqa bu kimi şüarlar səsləndirən etirazçılardan bir neçəsi həbs edilib.

Teqlər: