Çindən gələn konteynerdə 17 moped aşkar edildi

Çindən gələn konteynerdə 17 moped aşkar edildi

Bakı Baş Gömrük İdarəsinin “İpək Yolu” gömrük postunda Çin Xalq Respublikasından gələn yük maşınının üzərindəki konteynerə baxış keçirilib.

AzerTimes xəbər verir ki, yoxlama zamanı konteynerdəki malların arasında gömrük bəyannaməsində göstərilməyən 17 ədəd “M 1” markalı elektromoped aşkar edilib. Həmin nəqliyyat vasitələri ölkə ərazisinə Bakı şəhərində qeydiyyatda olan hüquqi şəxs tərəfindən gətirilib.

Faktla bağlı araşdırma aparılır.

Teqlər: