Sabah Bakıda klassik avtomobillərin yürüşü keçiriləcək

Azərbaycan Avtomobil Federasiyası (AAF) Bakı Şəhər İcra
Hakimiyyətinin və Regional İnkişaf İctimai Birliyinin təşkilati
dəstəyi ilə mayın 29-da klassik avtomobillərin yürüşünü keçirəcək.
AAF-dan verilən məlumata görə, Heydər Əliyev Mərkəzinin qarşısından
start götürəcək avtomobillər Bakı şəhəri üzrə yürüş edəcəklər.

Federasiyadan AzerTimes-a verilən
məlumata görə, yürüşdə iştirakçılar və tamaçılar arasında
müsabiqələr keçiriləcək və qaliblər Azərbaycan Avtomobil
Federasiyası (AAF) tərəfindən mükafatlandırılacaq. İştirakçılar və
tamaşaçılar arasında qaliblər “Ən unikal avtomobil”, “Ən nizamlı
sürücü”, “Ən rəngarəng retro geyim” və digər nominasiyalar üzrə
müəyyənləşəcək.

Qeyd edək ki, öncədən qeydiyyatdan keçən avtomobil və sahibləri
29 may tarixində saat 13:00-da Heydər Əliyev Mərkəzinin qarşısında
olmalıdır.

Teqlər: