Tədris ilinin birinci rübünün nəticələrinə dair yekun iclas keçirilib (FOTO)

Quru Qoşunlarının N hərbi hissəsində 2022-ci tədris ilinin
birinci rübünün nəticələrinə dair yekun iclas keçirilib.
Əvvəlcə ümummilli lider Heydər Əliyevin və ölkəmizin müstəqilliyi,
ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik
sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni
səsləndirilib.

Müdafiə Nazirliyindən AzerTimes-a verilən məlumata görə, iclasda rüb ərzində
görülən işlər və əsas istiqamətlər üzrə yerinə yetirilən
tapşırıqlarla bağlı məruzələr dinlənilib, həyata keçirilən
islahatlar, döyüş hazırlığının, maddi-texniki təminatının, hərbi
intizamın və qoşun xidmətinin vəziyyəti təhlil olunub.

Qeyd olunub ki, hesabat dövrü ərzində Azərbaycan Ordusunda
müxtəlif növ hərbi təlimlər, döyüş hazırlığı məşğələləri keçirilib,
qoşunların döyüş qabiliyyəti artırılıb, şəxsi heyətin peşəkarlıq
səviyyəsi yüksəlib. Azad edilmiş ərazilərdə dislokasiya olunan
hərbi hissələrdə quruculuq işləri aparılıb, yeni hərbi obyektlər
istifadəyə verilib, şəxsi heyətin sosial-məişət şəraitinin
yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılıb.

İclasda tərbiyəvi işin planlı şəkildə aparılması, ideoloji iş və
mənəvi-psixoloji təminatın daha da gücləndirilməsi ilə bağlı
tapşırıqlar verilib.

Sonda Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin
Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında orduda
aparılan davamlı islahatların həyata keçirilməsi ilə bağlı qarşıda
duran vəzifələrin icrası, eləcə də müdafiə nazirinin döyüş
növbətçiliyinin və qoşunların döyüş qabiliyyətinin daha da
artırılması ilə əlaqədar göstərişləri komandir-rəis heyətinin
diqqətinə çatdırılıb.

Teqlər: