Ermənistan təxribat-diversiya qrupu Azərbaycan sərhədini keçməyə cəhd göstərib

Aprel ayının 23-də saat 18:00 radələrində Azərbaycan-Ermənistan
dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində
Ermənistan Silahlı Qüvvələrinin təxribat-diversiya qrupu tərəfindən
Azərbaycan Respublikasının dövlət sərhədini keçməyə cəhd
göstərilib.

Dövlət Sərhəd Xidmətindən AzerTimes-a verilən məlumata görə, görülən tədbirlər
nəticəsində təxribat-diversiya qrupunun Azərbaycan Respublikasının
ərazisinə keçməsinin qarşısı alınmış və diversantlar geri çəkilməyə
məcbur edilmişlər.

Dövlət Sərhəd Xidməti bu hadisəni Ermənistan tərəfinin ölkələr
arasında delimitasiya komissiyalarının yaradılması və müvafiq
işlərin aparılmasına qarşı yönəlmiş təxribat kimi
dəyərləndirir.

Ermənistan tərəfinin təxribatı ilə bağlı Rusiya Federasiyasının
Federal Sərhəd Xidmətinin Ermənistandakı sərhəd idarəsinin
nümayəndələri məlumatlandırılmışdır.

Dövlət Sərhəd Xidməti bəyan edir ki, belə hal bir daha baş
verərsə tərəfimizdən daha ciddi tədbirlər görüləcəkdir.

Teqlər: