Tbilisidə yaşayış binasında partlayış olub, xəsarət alanlar var

Gürcüstanın paytaxtı Tbilisi şəhərinin Vazisubani rayonunda yerləşən doqquz mərtəbəli yaşayış binasında partlayış baş verib.

AzerTimes-ın məlumatına görə, bunu rayon administrasiyasının nümayəndəsi Nika Elisaşvili deyib.

Onun sözlərinə görə, partlayış binanın birinci mərtəbəsindəki mənzillərdən birində meydana əglib. Partlayış nəticəsində evin sahibi və binanın 4 sakini xəsarət alıb.

İlkin məlumata əsasən, partlayışa səbəb qaz sızması olub.