Özbəkistanda iki yük qatarı toqquşub

Özbəkistanın Anqren şəhərində iki yük qatarı toqquşub.

AzerTimes-ın məlumatına görə, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildiriblər.

“İnsident dekabrın 19-da yerli vaxtla saat 05:03-də baş verib. Qatarlardan biri texniki nasazlıq səbəbindən hərəkət zamanı dayanıb, bu zaman dəmir yolu ilə hərəkət edən digər qatar dayanmış qatara çırpılıb, nəticədə 14-də kömür, 6-sı isə boş olan 20 vaqon relsdən çıxıb”, – deyə məlumatda deyilir.


Bildirilri ki, qəza nəticəsində lokomotivlərdən birinin maşinisti və onun köməkçisi xəsarət alıb. Onlar xəstəxanaya yerləşdirilib.

Qəza ilə bağlı araşdırma aparılır.