Tayvanda zəlzələ baş verdi

Tayvanda zəlzələ baş verdi

Tayvan sahillərində 6,2 bal gücündə zəlzələ baş verib.

AzerTimes xəbər verir ki, bu barədə Çin Seysmoloji Xidməti məlumat yayıb.

Məlumata görə, zəlzələ Tayvanın şərqindəki dəniz akvatoriyasında qeydə alınıb. Seysmoloqlar hazırda yeraltı təkanların dəqiq miqyasını və dərinliyini müəyyənləşdirir.

Tələfat və dağıntılar barədə məlumat verilməyib.

Teqlər: