Gəncədə ər arvadını bıçaqladı

Gəncədə ər arvadını bıçaqladı

Gəncə şəhər sakini, 1978-ci il təvəllüdlü Zaur Hidayət oğlu Süleymanov arvadı, 1980-ci il təvəllüdlü Aytən Məmməd qızı Süleymanovaya yaşadıqları evdə mübahisə zəminində bıçaqla çoxsaylı xəsarətlər yetirib.

AzerTimes Report-a istinadən xəbər verir ki, hadisə dekabrın 14-ü saat 08:30 radələrində baş verib.

Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində Cinayət Məcəlləsinin Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb, ibtidai istintaq aparılır.

Hazıra Zaur Süleymanovun tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Teqlər: