Tayms-skverdə şübhəli əşya aşkarlanıb

Nyu-Yorkun mərkəzi küçəsi Tayms-skverdə şübhəli əşya aşkarlanıb.

AzerTimes-ın “NBC” telekanalına istinadən verdiyi məlumata görə, yerli vaxtla təxminən saat 12:30-da (Bakı vaxtı ilə 20:30) naməlum velosipedçi meydanın mərkəzi hissəsinə metal qab atıb.


Hadisə yerinə gələn polis əməkdaşları 45-ci keçədən 47-ci küçəyə qədər ərazini mühasirəyə alıblar. İnsanlar təxliyə edilib.