Konfrans Liqası: “Qarabağ” “Aberdin”i minimal hesabla məğlub edib

Azərbaycanın “Qarabağ” futbol klubu UEFA Konfrans Liqasının pley-off mərhələsində Şotlandiyanın “Aberdin” klubuna qarşı ilk oyununu keçirib.

AzerTimes-ın məlumatına görə, Ağdam təmsilçisi Bakıda keçirilən qarşılaşmada rəqim komandanı minimal hesabla məğlub edib – 1:0.

Oyunda yeganə qolu 30-cu dəqiqədə Hayme Romeo vurub.

Qeyd edək ki, cavab qarşılaşması avqustun 26-sı Şotlandiyada keçiriləcək.

Teqlər: