Tarixin ən böyük incəsənət auksionu keçiriləcək

Tarixin ən böyük incəsənət auksionu keçiriləcək

“Microsoft” şirkətinin həmtəsisçisi Pol Allen şəxsi kolleksiyasındakı sənət əsərlərini noyabr ayında ABŞ-da “Christie’s” hərrac evində satışa çıxaracaq.

AzerTimes xəbər verir ki, bütün əsərlər bir milyard dollar dəyərində qiymətləndirilir.

Məlumata görə, kolleksiyada Sandro Bottiçellinin, Pyer-Ogüst Renuar, Devid Hokni, Roy Lixtenşteyn və Pol Sezan kimi məhşur rəssamların əsərləri var.

Ümumilikdə hərracda beş əsr tarixi olan 150 rəsm əsəri nümayiş olunacaq.

Pol Allenin sözlərinə görə, satışdan əldə olunan gəlir xeyriyyə fonduna bağışlanacaq.

Qeyd edək ki, maliyyə dəyərinə görə bu tarixin ən böyük incəsənət auksionudur.

Teqlər: