“Qarabağ” rəqibi növbəti qələbəsini qazandı

“Qarabağ” rəqibi növbəti qələbəsini qazandı

Futbol üzrə Almaniya Bundesliqasında IV tura start verilib.

AzerTimes-ın məlumatına görə, “Qarabağ”ın UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan “Frayburq” komandası “Boxum”u qəbul edib.

“Europa Park” stadionunda təşkil olunmuş qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb – 1:0. Yeganə qolu 48-ci dəqiqədə Vinçentso Qrifo vurub. O, penaltini dəqiq yerinə yetirə bilməsə də, təkrar zərbə ilə qapıdan keçirib.

Çempionatda 3-cü qələbə sayəsində xalını 9-a çatdıran “Frayburq” 2-ci pilləyə yüksəlib. Ardıcıl 4-cü məğlubiyyətini alan “Boxum” isə sonuncu pillədə qalıb.

Teqlər: