TAP-la birləşəcək IGB interkonnektorunun tikitisi ləngiyir

Xəbər - Ləman Zeynalova, tərcümə Orxan Nəbiyev – Trend:

Yunanıstan-Bolqarıstan interkonnektoru (IGB) layihəsinin reallaşdırılması Bolqarıstanda ötən ilin martından koronavirus pandemiyası ilə əlaqədar davam edən fövqəladə vəziyyət səbəbi ilə ləngiyir.

Trend bu barədə ICGB AD layihə şirkətinə istinadən məlumat verir.

Qeyd olunur ki, layihəni 2020-ci ilin sonunda başa çatdırmaq planlaşdırılırdı. Amma COVID-19 pandemiyasının başlanması layihənin reallaşmasına mane olan başlıca amil oldu. Bolqarıstanda və Yunanıstanda tətbiq olunan hərəkət məhdudiyyətləri, eləcə də Avropa İttifaqının digər ölkələri ilə əlaqələrin məhdudlaşdırılması tikinti sürətinin azalmasına səbəb olub.

Hazırda layihəs üzrə podratçı olan Yunanıstanın J&P AVAX SA şirkəti layihənin müddətinin 2021-ci ilin sonunadək uzadılması üçün müraciət edib.

Qeyd edək ki, IGB layihəsinin tikintisinin 52 faizi başa çatıb və layihənin bu ilin sonunadək hazır olunnması gözlənilir.

IGB daha sonra Azərbaycan qazını Avropaya nəql edən Trans-Adriatik boru kəməri (TAP) ilə birləşəcək.

Teqlər: