Gənc bəstəkarlar Qara Qarayevin əsərlərindən çox şey öyrənməlidirlər – Nazir

Xəbər - İlhamə İsabalayeva – Trend:

Bizim gənc bəstəkarlar Qara Qarayevin əsərlərindən çox şey öyrənə bilərlər və öyrənməlidirlər.

AzerTimes-ın məlumatına görə, bunu mədəniyyət naziri Anar Kərimov deyib.

Onun sözlərinə görə, Qara Qarayev Azərbaycanın milli bəstəkarlıq məktəbinin ən görkəmli simalarındandır. Onun yaradıcılığı bəşər tarixində əlamətdar hadisə kimi dəyərləndirilir:

“Onun parlaq yaradıcılığı artıq dünya musiqisinin bir parçasıdır. Biz hələ bundan neçə il sonra da bu musiqinin sədasını eşidəcəyik və bundan qürur duyacağıq”.


Teqlər: