“Tank biatlonu” müsabiqəsinin yarımfinal mərhələsi keçirilir (FOTO/VİDEO)

“Beynəlxalq Ordu Oyunları – 2021” yarışları çərçivəsində Rusiya Federasiyasının Moskva şəhərində“Tank biatlonu” müsabiqəsinin yarımfinal mərhələsi keçirilir.

Müdafiə Nazirliyindən AzerTimes-a verilən məlumata görə, bu mərhələdə hər komanda üzrə üç ekipaj tankla 50 kilometr məsafəni keçərək 24 hədəfi məhv etməlidir.

Yarımfinal mərhələsinin nəticələrinə əsasən finala vəsiqə qazanan komandalar müəyyənləşəcək.


Teqlər: