Talıbov istefa verdi – Naxçıvanda yeni yoxlama başladı

Talıbov istefa verdi – Naxçıvanda yeni yoxlama başladı

Vasif Talıbov istefasından sonra Naxçıvanda yeni yoxlamalara start verilib.

AzerTimes xəbər verir ki, bu barədə Ovqat.com məlumat yayıb.

Bildirilib ki, hazırda Naxçıvan MR Maliyyə Nazirliyində təftiş gedir:

“Bakıdan gələn müfəttişlər MR Maliyyə Nazirliyinin xəzinə şöbəsində ciddi nöqsanlar aşkarlayıblar. Araşdırma sabiq maliyyə naziri, indiki Baş nazir Səbuhi Məmmədovdan da yan keçməyəcək.

Naxçıvan Muxtar Respublikasının maliyyə nazirinin müavini Həsən Bayram oğlu İsmayılovun da fəaliyyətində ciddi qüsurlar ortaya çıxıb.

Müəyyən olunub ki, nazirlik əməkdaşları mağaza sahibləri ilə qabaqcadan əlbir olub onlardan nağd pul alır və deyirmişlər ki, malların qiymətini necə istəyirsiniz, rəsmiləşdirin. Biz də sizin saxta göstəricilərinizi qeydə alaq”.

Teqlər: