Bayden elan etdi: “Patriot”lar Kiyevə verilir

Bayden elan etdi: “Patriot”lar Kiyevə verilir

Vaşinqton Kiyevə “Patriot” HHM sistemlərini göndərəcək.

AzerTimes xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Co Bayden deyib.

“Biz Ukraynanın özünü qoruma imkanlarını gücləndirməyə davam edirik, xüsusilə hava müdafiəsi sahəsində. Məhz buna görə də Ukraynaya “Patriot” batereyaları vermək istəyirik”, – o bildirib.

Bayden Ukrayna əsgərlərinə “Patriot”dan istifadənin də öyrədiləcəyini vurğulayıb.

Qeyd edək ki, bundan öncə Pentaqon Ukraynaya yeni 1,85 milyard dollarlıq hərbi yardım paketinə bir “Patriot” ZRK batareyası, HARM raketləri, HIMARS reaktiv yaylım atəş sistemləri sursatları və digər silahlar daxil edildiyini bildirmişdi.

Teqlər: