“Taliban”ın nümayəndəsi Əfqanıstan hökumətinin yaxın zamanda elan ediləcəyini açıqlayıb

Əfqanıstanın yeni hökumətinin elan edilməsi üçün hazırlıq işləri tamamlanıb.

AzerTimes-ın məlumatına görə, bu barədə “Taliban”ın nümayəndəsi, məlumat və mədəniyyət məsələləri üzrə məsul şəxs olan Əhmədullah Muttaki öz “Twitter” səhifəsində bildirib.

Ə.Muttaki yazıb ki, İslam hökumətinin elan edilməsi üçün hazırlıq işləri tamamlandı, hökumətin tərkibi tezliklə açıqlanacaq.

O, bu hökümətin ölkə tarixində son 40 ildə ilk dəfə olaraq bütün Əfqanıstanın tabe olacağı bir hökumət olacağını qeyd edib.